SON XƏBƏRLƏR

AEBA rəhbəri İranla müharibə variantını dəstəkləməyəcəyini bəyan edib

2024.06.03, 15:34
AEBA rəhbəri İranla müharibə variantını dəstəkləməyəcəyini bəyan edib

“İranla müharibə yeganə variant olsa belə, mən bunu dəstəkləməyəcəyəm. Prezidenti seçkisindən sonra bu ölkə ilə nüvə proqramına dair danışıqları davam etdirmək istərdik”.

Gunaz.tv

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi deyib.

O bildirib ki, indiki şəraitdə rəsmi Tehran zənginləşdirilmiş uranın istehsalına texniki cəhətdən hazırdır.

“Mən ümid edirəm ki, İranın yüksək vəzifəli şəxslərinin ölümü ilə əlaqədar matəm tədbirlərindən sonra bu məsələyə aydınlıq gələcək. Bütün çətinliklərə baxmayaraq, biz bu problemin danışıqlar yolu ilə həllini istəyirik. Yeganə variant müharibə olsa belə, mən bunu dəstəkləməyəcəyəm. Amma bildirirəm ki, vəziyyət getdikcə məcrasından çıxa bilər” – R. Qrossi belə deyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar