SON XƏBƏRLƏR

Ərdoğan: Türkmənistan qazının ixracı Türkiyə və Azərbaycanın ortaq uğuru olacaq

2024.06.04, 10:52
Ərdoğan: Türkmənistan qazının ixracı Türkiyə və Azərbaycanın ortaq uğuru olacaq

Bu mərasimin əməkdaşlığımızın genişlənməsinə töhfə verməsini arzu edirik.

Gunaz.tv

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasiminə ünvanladığı məktubunda bildirib.

Məktubu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

Azərbaycanda həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, Türkmənistan qazının ixracı artıq zaman məsələsidir və bu, Türkiyə və Azərbaycanın ortaq uğur olacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu Ortaq Dəhliz üçün strateji önəmə malikdir. Enerji mənbələrin şaxələndirilməsi üçün Azərbaycanla birgə çalışırıq, Naxçıvana qaz kəmərinin çəkilişini yaxın zamanda tamamlayacağıq. Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması istiqamətində addımları alqışlayır və imzalanması gözlənilən sülh sazişini tarixi fürsət sayırıq”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar