SON XƏBƏRLƏR

Ərdəbildə sosial media fəalı həbs edildi

2024.06.05, 12:06
Ərdəbildə sosial media fəalı həbs edildi

Təhlükəsizlik məmurları Tehranda yaşayan sosial media fəalı Hüseyn Şənbəzadəni Ərdəbl şəhərində həbs edərək naməlum yerə aparıblar.

Gunaz.tv

Bu barədə onun qardaşı Həsən Şənbəzadə məlumat yayıb.

"Qardaşım qısa telefon əlaqəsi zamanı həbs olunduğunu desə də, harada saxlanıldığını bildirə bilməyib"- deyə fəalın qardaşı bildirib.

Onun həbs səbəbi barədə məlumat verilməsə də, Şəmbəzadənin sosial mediadakı paylaşımlarına görə saxlanıldığı ehtimal olunur.

Sosial media fəalının bundan əvvəl də, sosial mediadakı paylaşımlarına görə həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Bundan əvvəl o "hökumətə qarşı təbliğat" və "rəhbəri təhqir etmək"də günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar