SON XƏBƏRLƏR

ABŞ-nin Livandakı səfirliyinin binası atəşə tutulub

2024.06.05, 12:21
ABŞ-nin Livandakı səfirliyinin binası atəşə tutulub

ABŞ-nin Livandakı səfirliyinin binası atəşə tutulub.

Gunaz.tv

Bu barədə "Reuters“ məlumat yayıb.

Hadisəni törədən şəxsin Suriya vətəndaşı olduğu, Livan təhlükəsizlik qüvvələrinin ona cavab atəşi açaraq zərərsizləşdirdiyi bildirilir.

Qeyd olunub ki, hadisə nəticəsində mühafizəçi yaralanıb.

ABŞ səfirliyinin hadisə ilə bağlı yaydığı məlumatda deyilir ki, yerli vaxtla səhər saat 08:34-də diplomatik korpusun girişinin yaxınlığında atıcı silahlardan atəş açılıb. Səfirlik əməkdaşlarının təhlükəsizlikdə olduğu vurğulanıb: “Araşdırmalar davam edir və biz ev sahibi ölkənin hüquq-mühafizə orqanları ilə sıx əlaqədəyik”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar