SON XƏBƏRLƏR

Məhbus milli fəalın vəziyyəti ağırlaşdığına görə tibb məntəqəsinə köçürülüb

2024.06.05, 21:45
Məhbus milli fəalın vəziyyəti ağırlaşdığına görə tibb məntəqəsinə köçürülüb

Təbriz həbsxanasında 6 aylıq məhkumluq dövrünü yaşayan milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin vəziyyəti ağırlaşdığına görə həbsxananın tibb məntəqəsinə köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, həbsxana rəhbərliyi mədə qanaxması diaqnozu ilə tibb məntəqəsinə yerləşdirilən təbrizli fəalın həbsxanadan qıraqda müalicəsinə icazə verməyib.

Qeyd edək ki, "insanları kiberməkanda zorakılıq hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar