SON XƏBƏRLƏR

Sosial media fəalı Mossad-a casusluqda ittiham edildi

2024.06.06, 14:04
Sosial media fəalı Mossad-a casusluqda ittiham edildi

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurlarının iyunun 4-ə Ərdəbil şəhərində həbs etdikləri sosial media fəalı və redaktor Hüseyn Şənbəzadəyə qarşı ağır ittiham irəli sürülüb.

Gunaz.tv

Onun sosial media vasitəsi ilə Mossad-ın yüksək rütbəli zabitləri ilə əlaqədə olduğu və ölkədən çıxmağa hazırlaşdığı vaxt Ərdəbil şəhərində saxlanıldığı iddia edilib.

"Müttəhim sosial media fəalı və redaktor pərdəsi altında Mossad-a lazım olan məlumatları toplayıb və onlara göndərib"- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələrinin iddialarının əksinə olaraq, Hüseyn Şənbəzadə Ərdəbilə səfər etmədən əvvəl sosial mediada etdiyi paylaşımda bu barədə məlumat verib.

Hüseyn Şənbəzadənin qardaşı da yaydığı məlumatda bunu təsdiq edib və qardaşına qarşı irəli sürülən ittihamların saxta olduğunu və onun şərləndiyini deyib.

Sosial media fəalı bundan əvvəl 12 sentyabr 2020-ci ildə hökumətə qarşı təbliğat" və "rəhbəri təhqir etmək" ittihamlarına görə 2 il 4 ay həbs cəzasına məhkum edilib.

O, 2023-cü ilin aprel ayında Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar