SON XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanıb

2024.06.07, 11:12
Azərbaycanla Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanıb

Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol Xəritəsi") imzalanıb.

Gunaz.tv

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Qeyd edək ki, sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar