SON XƏBƏRLƏR

Məhbus milli fəal barədə məlumat verilmir

2024.06.09, 12:06
Məhbus milli fəal barədə məlumat verilmir

İyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs edilən Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu)ittihamı və harada saxlanıldığı barədə məlumat əldə etmək mümkün olmur.

Gunaz.tv

Milli fəalın yaxınlarının onunla bağlı əlaqədar dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Bu, Şərifinəsəbin ailə üzvlərinin onun həyatı barədə narahatlıqlarının artmasına səbəb olub.

Qeyd edək ki, təhlükəsizlik məmurları əslən Şərqi Azərbaycanın Sərəskənd şəhərindən olan və Tehranın Baharistan şəhərində yaşayan teatr aktyoru və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) evinə basqın edib onu həbs ediblər.

Məmurların onun evinə hücum etdiyi və məhkəmə hökmü olmadan onu özləri ilə apardıqları bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar