SON XƏBƏRLƏR

İran mediası hicaba görə Tacikistanı da hədəf alıb

2024.06.11, 12:49
İran mediası hicaba görə Tacikistanı da hədəf alıb

İranda SEPAH-a bağlı media və sosial şəbəkə Tacikistan Prezidenti İmoməli Rəhmanın hicabla bağlı səsləndirdiyi fikirlərinə görə onu hədəf alıblar.

Gunaz.tv

Bu dəfə Tacikistan dövlət başçısı "islam düşmənçiliyi"ndə günahlandırılıb.

Qeyd olunan media orqanları Prezidenti qərb dəyərlərinə üstünlük verməkdə, islami dəyər və qaydaları məhv etməyə çalışmaqda ittiham ediblər.

Qeyd edək ki, Tacikistan Prezidenti hicabın qadın və qızların əxlaq göstəriciləri ilə bağlı olmadığını deyib, bunu cahillik və savadsızlıqdan irəli gələn əməl adlandırıb.

"Bir sıra hicablı qadınların narkotik maddə istifadə etməsi, insan alveri ilə məşğul olması və başqa  bu tip işlərə qurşanmaları ilə bağlı kifayət qədər nümunə var, bizim öz milli adət-ənənə və mədəniyyətimiz var, yad təsirlər altına düşənlərin çoxalmasına, yayılmasına icazə verməyəcəyəm",- İmoməli Rəhman çıxışında deyib.

Qeyd edək ki, Tacikistan prezidenti həmin çıxışında ad çəkmədən İranın bu ölkədə siyasi-ideoloji təbliğat apardığına işarə edib.

GünazTV
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar