SON XƏBƏRLƏR

Zelenski: Ukraynanın böyük şəhərlərini qorumaq üçün 7 "Patriot" sisteminə ehtiyac var

2024.06.11, 14:47
Zelenski: Ukraynanın böyük şəhərlərini qorumaq üçün 7 "Patriot" sisteminə ehtiyac var

Ukraynanın böyük şəhərlərini Rusiyanın hava zərbələrindən qorumaq üçün 7 "Patriot" sisteminə ehtiyac var.

Gunaz.tv

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən Ukraynanın Bərpası Konfransında deyib.

Onun sözlərinə görə, yalnız Rusiyanı hava üstünlüyündən məhrum etməklə, Rusiya Prezidenti Vladimir Putini ədalətli sülhü nəzərdən keçirməyə məcbur edə bilərlər. Bunun üçün isə hava hücumundan müdafiə cavabdır.

"Almaniya hava hücumundan müdafiə sahəsində bizə kömək edən qlobal liderdir. "Patriot"lar, IRIS-T-lər və digər sistemlər üçün təşəkkür edirik. Böyük şəhərlərimizi qorumaq, Ukraynada normal həyatı təmin etmək üçün bizə ən azı 7 "Patriot" sistemi lazımdır”, - Prezident Zelenski vurğulayıb.

O qeyd edib ki, Ukrayna Almaniya, Niderland, ABŞ və digər tərəfdaşlarla birgə ölkəni hava hücumundan müdafiə ilə təmin etməyə çalışır.

“Bu, sülhün yaxınlaşdığına inamı bərpa edəcək”, - Ukrayna lideri əlavə edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar