SON XƏBƏRLƏR

Qacar sarayından oğurlanan xalçalar tapılmayıb

2024.06.12, 15:22
Qacar sarayından oğurlanan xalçalar tapılmayıb

2015 və 2016-cı illərdə Qacar sülaləsinin Tehrandakı Sədabad sarayından oğurlanan 48 nadir xalça hələ də tapılmayıb.

Gunaz.tv

Bunu son günlər İran mediasında gündəmə gələn xalça oğurluğu ilə bağlı İran prezidentinin hüquqi məsələlərüzrə müavini Məhəmməd Dehqan deyb.

O, tarixi əsərlərin oğurlanması ilə bağlı bir neçə nəfərin saxlanıldığını, istintaq aparıldığını desə də, həbs olunanların kimliyi barədə açıqlama verməyib.

Bir gün əvvəl isə İran Ədliyyə Sisteminin sözçüsü Əsgər Cahanfiri mediaya verdiyi açıqlamada nadir xalçaların oğurlanması ilə bağlı iddiaları təkzib edib.

O, yoxa çıxan xalçaların bəzi dövlət qurumları tərəfindən başqa yerə aparıldığına görə anlaşılmazlıq yarandığını iddia edib.

Tarixi əsərlərin oğurlanması ilə bağlı növbəti zidiyyətli açıqlamaların birində isə Məhəmməd Dehqan xalçaların Həsən Ruhaninin prezidentliyi dövründə hakimiyyətə mənsub şəxslər tərəfindən saraydan çıxarıldığını söyləyib.

SEPAH-a bağlı "Fars" xəbər agentliyi məsələ ilə bağlı yaydığı məlumatda xalçaların bir din xadimi tərəfindən oğurlandığını yazıb.

Qeyd edək ki, Sədabad sarayı Tehranın şimalında 110 hektar ərazidə Qacarlar dövründə tikilən saraydır və burada yüzlərlə nadir xalça növü ilə yanaşı, minlərlə tarixi eksponat mövcuddur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar