SON XƏBƏRLƏR

ABŞ-li səfir: Çin Ukrayna-Rusiya müharibəsində tərəf seçib

2024.06.13, 11:14
ABŞ-li səfir: Çin Ukrayna-Rusiya müharibəsində tərəf seçib

Çin Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsində tez-tez özünü bitərəf göstərməyə çalışır, lakin biz Çinin hazırda bu təcavüzkar müharibədə neytral olduğuna inanmırıq.

Gunaz.tv

Bunu ABŞ-nin NATO-dakı səfiri xarici jurnalistlər üçün təşkil olunan onlayn brifinqdə deyib.

Amerikalı diplomat bildirib ki, ÇXR-dən Rusiyaya ikili məqsədlər üçün istifadə olunan mikroelektronika, digər elektron komponentlər, PUA sistemləri ötürülür.

"Məsələ ondan ibarətdir ki, Çin tərəf tutub və rəsmi Pekin bu ikili istifadə komponentlərinin təmin edilməsi yolu ilə Rusiyaya dəstək verməyi seçib. ÇXR bunu dayandırmaq qərarına gəlsə, biz inanırıq ki, bu, Rusiyanın Ukrayna daxilində quruda müharibə aparmaq qabiliyyətinə böyük təsir göstərəcək", - Culianna Smit bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar