SON XƏBƏRLƏR

Milli məhbuslar aclıq aksiyasına başladılar

2024.06.13, 15:26
Milli məhbuslar aclıq aksiyasına başladılar

4 aydan çoxdur Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan bir neçə milli fəal aclıq aksiyasına başlayıb.

Gunaz.tv

Bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları fəalları məlumat yayıb.

Tahir Nəqəvi və Hüseyn Pirinin də olduğu 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini təlkəb edirlər.

Onlar istəkləri yerinə yetirilməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda, başqa milli məhbuslarında aclıq aksiyasına başlayacaqları gözlənilir.

Qeyd edək ki, 5 və 6 fevral tarixlərində təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəalların girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılmaları və vəkillə təmin olunmalarına icazə verilmir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar