SON XƏBƏRLƏR

Azərbaycan və Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

2024.06.14, 14:56
Azərbaycan və Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Gunaz.tv

Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar