SON XƏBƏRLƏR

Milli fəal aclıq aksiyasına başladı

2024.06.15, 11:16
Milli fəal aclıq aksiyasına başladı

Tehranın Evin həbsxanasında saxlanılan daha bir milli fəal - Ayaz Seyfxah aclıq aksiyasına başlayıb.

Gunaz.tv

4 aydır qeyri-müəyyən vəziyyətdə saxlanılan fəal İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və prokurorluğun barəsindəki qanunsuz hərəkətlərinə və məhbuslara göstərdikləri təzyiqlərinə etiraz olaraq iyunun 14-də aclıq aksiyası başladıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 3 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edirlər.

Onlar istəkləri yerinə yetirilməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda, başqa milli məhbuslarında aclıq aksiyasına başlayacaqları gözlənilir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar