SON XƏBƏRLƏR

Azərbaycanlı vəkil döyülərək karantin bölməsinə köçürülüb

2024.06.15, 11:56
Azərbaycanlı vəkil döyülərək karantin bölməsinə köçürülüb

Tehranın məşhur Evin həbsxanasında məhkumluq dövrünü yaşayan milli fəal və hüquqşünas Tahir Təqəviyə qarşı zorakılıq edilib.

Gunaz.tv

Bu barədə yerli hüquq müdafiəçiləri həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

Bildirilib ki, iyunun 14-də azərbaycanlı vəkil ağır şəkildə döyülüb, təhqir edilib və həbsxananın karantin bölməsinə salınıb.

Qeyd edək ki, Tahir Nəqəvi iyunun 13-də başqa iki milli məhbusla birgə, təhlükəsizlik məmurları və məhkəmə sisteminin qanunsuz əməllərinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Hüquqşünasın döyülüb və karantin bölməsinə salınmasının bununla bağlı olduğu ehtimal edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar