SON XƏBƏRLƏR

KİV: Fransadakı qeyri-sabitlik Kiyevə yardım məsələsini arxa plana keçirə bilər

2024.06.18, 09:54
KİV: Fransadakı qeyri-sabitlik Kiyevə yardım məsələsini arxa plana keçirə bilər

Prezident Emmanuel Makronun parlamenti buraxmaq qərarına görə Fransada siyasi qeyri-sabitlik Ukraynaya yardım məsələsinin arxa plana keçməsinə səbəb ola bilər.

Gunaz.tv

Bu barədə "Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, bəzi Avropa İttifaqı paytaxtlarında narahatlıq yaradır.

Qeyd edilir ki, erkən seçkilər Kiyevin əsas dəstəkçilərindən biri kimi Fransanın rolunu sarsıda, Parisin Ukraynaya təlimatçılar göndərmək planlarına təsir göstərə bilər.

Məsələ ilə əlaqədar Makronun Ukraynaya 3,2 milyard dollar yardım edəcəyi vədi ilə bağlı da suallar yarana bilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar