SON XƏBƏRLƏR

ABŞ Ukrayna böhranının həllində Rusiyanın iştirakının vacibliyini qəbul edir

2024.06.19, 09:28
ABŞ Ukrayna böhranının həllində Rusiyanın iştirakının vacibliyini qəbul edir

İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh konfransını Rusiyanın iştirak etməməsi səbəbilə danışıq saymaq olmaz

Gunaz.tv

Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

O vurğulayıb ki, münaqişənin həlli üçün hər iki tərəfin iştirakı labüddür. Bununla belə, diplomatın sözlərinə görə, Moskva Ukrayna münaqişəsi ilə bağlı danışıqlara başlamaq istəyini nümayiş etdirməyib.

Qeyd edək ki, bundan əvvəl İsveçrə xarici işlər nazirinin keçmiş müavini Georges Martin Ukrayna üzrə İsveçrə sammitini faydasız adlandırmışdı, çünki orada sülhdən söhbət getmirdi. Diplomatın sözlərinə görə, konfrans Rusiyanın iştirakı olmadan keçirildiyi üçün heç bir mənası yox idi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar