SON XƏBƏRLƏR

 İranda 4 nəfər spirtli içki satışına görə edama məhkum edildi

2024.06.19, 15:25
 İranda 4 nəfər spirtli içki satışına görə edama məhkum edildi

İranın Əlborz əyalətinin Kərəc şəhərində qanunsuz və gizli şərayitdə istehsal olunan spirtli içkilər satmaqda təqsirləndirilən dörd nəfərə edama məhkum edilib.

Gunaz.tv

Bu barədə əyalətin Baş Ədliyyə İdarəsinin rəisi Hüseyn Fazili Hərikəndi məlumat yayıb.

Onun sözlərinə görə, ötən il Kərəcdə çox sayda insanın spirtli içkidən zəhərlənməsindən sonra hadisə ilə bağlı İranın Məhkəmə Sistemində cinayət işi qaldırılıb. 

“Bu işlə bağlı 11 nəfər həbs edilib. Onlardan dördü barədə edam hökmü çıxarılıb. 7-si isə cinayətin xüsusiyyətinə görə müxtəlif illərə azadlıqdan məhrum edilib”, - deyə, hakim bildirib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar