SON XƏBƏRLƏR

Polis Tehranda iki gənci güllələdi

2024.06.20, 16:36
Polis Tehranda iki gənci güllələdi

Tehran şəhərinin Qəlhək məhəlləsində polis iki motosikletçi gənci güllələyib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Gənclərdən birinin yerindəcə öldüyü, birinin isə yaralı vəziyyətdə xəstəxanaya köçürüldüyü bildirilib.

Məlumatda deyilib ki, gənclərin idarə etdiyi motosikletin nömrəsinin oxunmadığına görə polislər xəbərdarlıq ediblər.

Xəbərdarlığa məhəl qoymayan gənclərə atəş açılıb.

Qeyd edək ki, 2023-cü ildə İranda 540 vətəndaşa atəş açılıb və onlardan 129-u həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar