SON XƏBƏRLƏR

Zahidanın Məkkə məsçidi mühasirəyə alınıb

2024.06.21, 16:40
Zahidanın Məkkə məsçidi mühasirəyə alınıb

Hökumət qüvvələri etnik sünni bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində yerləşən Məkkə məsçidini mühasirəyə alıblar.

Gunaz.tv

Bu barədə yerli bəluc fəallar məlumat yayıb.

Bildirilib ki, keçirilən cümə namazı ilə bağlı Məkkə məscidinə aparan yollar bağlanıb, postlar qurulub və gediş-gəlişə nəzarət gücləndirilib.

Məscidə gedən və məsciddən çıxan bəlucların üstlərinin yoxlanıldığı və kimliklərinin qeydə alındığı bildirilir.

Bunun sünni bəlucların cümə namazından sonra etiraz aksiyası keçirəcəkləri ehtimalına görə baş verdiyi düşünülür.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ilin cümə günündə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər.

Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

O gündən bəri hər həftə cümə namazında hadisə qurbanları yad edilir, bir sıra hallarda namazdan sonra etiraz aksiyası keçirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar