SON XƏBƏRLƏR

Məhbus milli fəallara təzyiq göstərilir

2024.06.22, 12:09
Məhbus milli fəallara təzyiq göstərilir

Təbriz həbsxanasında saxlanılan milli fəallar Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşara təzyiq göstərilir.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Təhlükəsizlik məmurları fəalları Tehranın Evin həbsxanasında saxlanılan və aclq aksiyası keçirən fəalara dəstək verdiklərinə görə təhdid ediblər.

Adı çəkilən 3 fəal təhlükəsizlik təcridxanasına köçürüləcəkləri və barələrində yeni cinayət işi açılacağı ilə hədələniblər.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar tahir Əfşar da aclıq aksiyasına əl atıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar