SON XƏBƏRLƏR

Borrell: Macarıstan Rusiyanın aktivlərindən Ukrayna üçün istifadə qərarının icrasında iştirak etmir

2024.06.24, 13:11
Borrell: Macarıstan Rusiyanın aktivlərindən Ukrayna üçün istifadə qərarının icrasında iştirak etmir

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukrayna üçün istifadə olunmasında Macarıstan iştirak etməyəcək.

Gunaz.tv

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.

“Müqavilə bəzi üzv dövlətlərin iştirak etmək istəmədiyi halda belə (hər hansı qərarla bağlı-red.) irəliləmək üçün hüquqi yolları nəzərdə tutur. Biz hesab edirik ki, Macarıstan bu qərarda (Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukrayna üçün istifadəsi-red.) iştirak etmədiyi üçün onun bu məsələnin icrasında iştirak etməsinə ehtiyac yoxdur. Qərar aydındır, dondurulmuş aktivlərdən əldə olunan gəlirlər Ukraynaya hərbi dəstəyimizi artırmaq üçün istifadə olunacaq. Bu, növbəti həftələrdən etibarən mümkün olacaq və biz ondan istifadə etməliyik. Bəzi üzvlərin prosesi bloklanmasının qarşısını almaq üçün hüquqi prosedurlarımız var", - Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar