SON XƏBƏRLƏR

Amerika SEPAH və Müdafiə Nazirliyi ilə əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib

2024.06.26, 10:10
Amerika SEPAH və Müdafiə Nazirliyi ilə əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib

ABŞ iyunun 25-də İran İslam Respublikasının hərbi qüvvələrinə milyardlarla dollar vəsaitin köçürülməsində iştirak etdiklərinə görə 50-yə yaxın şəxs və təşkilata sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslər və qurumlar İslam İnqilabı Keşikçiləri Korpusunun və İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin istifadə etdiyi “kölgə bank şəbəkəsi” yaratmışdılar.

"Bu bank şəbəkəsi SEPAH və Müdafiə Nazirliyinə beynəlxalq maliyyə sisteminə çıxış təmin edib və bu iki qurumun 2020-ci ildən bəri neft və neft-kimya məhsullarının satışı ilə əldə etdiyi milyardlarla dollar vəsaitin köçürülməsinə yardımçı olub",- məlumatda bildirilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İnqilab Keşikçiləri və Müdafiə Nazirliyi öz gəlirlərini İranın mübadilə şəbəkələri və xarici örtük şirkətləri vasitəsilə Yəmən Husiləri də daxil olmaqla, İslam Respublikasının regiondakı proksi qruplarına maliyyə dəstəyi və silah-sursat üçün xərcləyiblər.

Nazirlik bəyanatının sonunda İnqilab Keşikçiləri Korpusu və İslam Respublikasının Müdafiə Nazirliyinin öz gəlirlərindən Rusiyaya pilotsuz təyyarələr ötürmək üçün istifadə ediyini vurğulayıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar