SON XƏBƏRLƏR

Abraam Peyli: İranda azad seçkilər gözləmirik

2024.06.27, 12:06
Abraam Peyli: İranda azad seçkilər gözləmirik

ABŞ İranda azad və ədalətli seçkilərin keçirilməsi və ya əsaslı dəyişikliyə dair heç bir gözləntisi yoxdur.

Gunaz.tv

Bu sözləri ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abraam Peyli özünün X hesabında yazıb.

O, seçilməli olan namizədlərin əvvəlcədən müəyyən edildiyini deyib.

Pely seçkilərlə bağlı məsələləri işıqlandıran jurnalistlərin sıxışdırılmasını qınayıb.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar