SON XƏBƏRLƏR

Tələbələr prezident seçkilərini boykota çağırdılar - Mənasızdır

2024.06.28, 14:33
Tələbələr prezident seçkilərini boykota çağırdılar - Mənasızdır

Bu gün İranda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə eyni vaxtda, seçkiləri boykot etməyə çağıran bəyanat və çağırışlar davam edir.

Gunaz.tv

Bu qəbildən olan boykot çağırışlarından biri də, Tehranın Əllamə Universitetinin tələbələri tərəfindən edilib.

Onlar yaydıqları bəyanatda keçirilən seçkilərin hakimiyyətin növbəti nümayişi olduğunu və bunun ölkə və vətəndaşlar üçün hər hansı ciddi dəyişikliyə, irəliləyişə səbəb olmayacağını bildiriblər.

Tələbələr vətəndaşları seçkilərdə iştirak etməməyə dəvət edib, hakimiyyətin legitimlik qazanmaq səylərinə yox demələrini istəyiblər.

“İyunun 28-də seçki adı altında baş verəcən hadisələr yalnız mühafizəkarlarla islahatçıların rəqabət meydanıdır və bunun heç bir legitimliyi, mənası yoxdur. Hazırda aktual olan məsələ seçkiləri boykot etməkdir. Bu arzu olunan vəziyyəti yaratmaq üçün həm idealist, həm də realist olmalıyıq ki, mövcud vəziyyətin hüdudlarından kənara çıxamalı və rejimin vədlərinə inanmamalıyıq",- bəyanat müəllifləri qeyd ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar