SON XƏBƏRLƏR

Baş nazir- İranla bir neçə cəbhədə savaşırıq

2024.06.28, 14:54
Baş nazir- İranla bir neçə cəbhədə savaşırıq

Hazırda biz İslam Respublikasına qarşı yeddi cəbhədə vuruşuruq, bu cəbhələr Həmas, Hizbullah, Husilər, İraq və Suriyadakı proksi qüvvələr, İordan çayının qərb sahili və İranın özündədir.

Gunaz.tv

Bu sözləri İsrailin baş naziri Benyamin Netaniyahu deyib.

O, İranın proksi qüvvələr vasitəsilə Orta Şərqi istilası altına almaq niyyətində olduğunu deyib.

"Bu cəbhə (İran və ona bağlı qüvvələr) Yaxın Şərqi fəth etmək üçün irəliləyir, raket bombardımanı ilə birlikdə müxtəlif cəbhələrdən quru hücumları vasitəsilə Səudiyyə Ərəbistanında iğtişaş törətməyi və İordaniya Krallığını devirməyi planlaşdırır",- baş nazir bildirib.

Bu fikirlər Rəfəh və Qəzzada müharibənin gərgin mərhələsinin demək olar ki, başa çatdığı, diqqətlərin İsrail ordusu ilə Hizbullah arasındakı müharibənin genişmiqyaslı qarşıdurmaya çevriləcəyi barədə ehtimalların artdığı bir vaxt təsadüf edir.

İsrail və Livannın Hizbullah terror təşkilatı arasında genişmiqyaslı qarşıdurma ehtimalının artmasına görə bir çox ölkə vətəndaşlarından mümkün qədər tez bir zamanda Livanı tərk etmələrini istəyib.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar