SON XƏBƏRLƏR

İranda prezident seçkiləri sönük keçir - Hicaba görə qdınlar məntəqələrə buraxılmadı

2024.06.28, 16:26
İranda prezident seçkiləri sönük keçir - Hicaba görə qdınlar məntəqələrə buraxılmadı

Bu gün yerli vaxtla səhər saat 08-dən İranda başlayan növbədənkənar prezident seçkiləri sönük keçir və seçici aktivliyi müşahidə olunmur.

Gunaz.tv

Bu barədə yerli sosial media kanallarının yaydığı məlumat və videolarda deyilib.

Müxtəlif şəhərlərdəki seçki məntəqələrinin vəziyyətini əks etdirən videolarda məntəqələrin boş olduğu və ətraf bölgələrdə vətəndaşların görünmədiyi müşahidə olunur.

Hökumət seçici aktivliyinin 50:-ə yaxın olacağını iddia etsə də, müstəqil şərhçilər bunun 30 civarında olacağını deyirlər.

Yerli fəallar Tehran başda olmaqla bir çox bölgələrdə məcburi hicab qaydalarını pozan qız və qadınların seçki məntəqələrinə daxil olmalarına icazə verilmədiyini yazıblar.

Onlar bundan əvvəl parlament seçkilərində belə bir aydadın olmadığını, hicabsızların seçkilərdə iştirakının təbliğ olunduğuna diqqət çəkiblər.

Xatırladaq ki, seçkiləri boykot etməyən, məcburi hicab qaydalarına qarşı çıxan qız və qadınların çoxu türk namizəd Məsud Pezeşkianı dəstəkləyir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar