SON XƏBƏRLƏR

İranda prezident seçkiləri barədə son məlumat açıqlandı - Pezeşkian irəlidədir

2024.06.29, 10:39
İranda prezident seçkiləri barədə son məlumat açıqlandı - Pezeşkian irəlidədir

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

Gunaz.tv

Bunu ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami bildirib.

İranın sabiq səhiyyə naziri, “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 19 milyon səsin hesablanmasına görə, öndədir.

M.İslami bildirib ki, 58 min seçki məntəqəsindən 47,6 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 8,3 milyon, İranın liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 7,18 milyon, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf 2,67 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi isə 158 min səs toplayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar