SON XƏBƏRLƏR

Əhvazda 4 məhbus həyatını itirib

2024.07.02, 09:15
Əhvazda 4 məhbus həyatını itirib

Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin Şeyban həbsxanasının 3-cü bölməsində 4 məhbus naməlum səbəbdən dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumatda bildirilib ki, bununla yanaşı 15 məhbus həbsxanadan kənarda yerləşən xəstəxanaya köçürülüb və onların səhhətləri ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bəzi məlumatlarda məhbuslara səhv dərman verildiyi, bunun da onların zəhərlənməsinə səbəb olduğu bildirilir, lakin bu məlumat hələ təsdiqini tapmayıb.

Bir müddət əvvəl isə insan haqları fəalları, Şeyban həbsxanasındakı acınacaqlı durum və məhbusları həyatlarının təhlükədə olduğu ilə bağlı xəbərdarlıq bəyanatı yaymışdılar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar