SON XƏBƏRLƏR

İrana bağlı şəxslər Kanadadan qovulur

2024.07.03, 10:06
İrana bağlı şəxslər Kanadadan qovulur

Tehran rejiminə bağlı şəxslərin qovulması ilə bağlı məlumatların ardınca, Kanada hökuməti 5 yüksək rütbəli iranlı məmurun bu ölkədən çıxarılmasına çalışdığını açıqlayıb.

Gunaz.tv

Bu barədə Kanada Sərhəd Xidmətləri Agentliyi məlumat yayıb.

Bildirilib ki, Kanada hökuməti bundan əvvəl İranda yüksək hökumət vəzifəsi tutan 5 diplomatın ölkədən qovulması üçün hazırlıq görür.

Agentlik, bu beş nəfərin deportasiyası üçün ölkənin Mühacir və Qaçqınlar Departamentinin baş idarəsindən dinləmələr keçirməyi tələb edib.

Qeyd edək ki, bir müddət əvvəl Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 141 nəfər barədə tədqiqat başladılıb.

Bu, Kanada müxalifətinin SEPAH-a bağlı şəxslərin bu ölkədə yaşayan müxalif iranlılara təhdid törətmək üçün Kanadadan oturum alma hallarının artması barədə tənqidi çıxışlarından sonra baş verib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar