SON XƏBƏRLƏR

Milli fəalların məhkəmə iclası keçirilib

2024.07.04, 10:25
Milli fəalların məhkəmə iclası keçirilib

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan bir neçə milli fəalın məhkəmə iclası keçirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumatda bildirilib ki, Mürtəza Pərvin Coda, Baqir Hacızadə, Ayaz Seyfxah və Kamal Nuri adlı milli fəalların məhkəməsi iyulun 3-də Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilib.

Adı çəkilən fəallar barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı ediblər, məhkəmənin onlar barədə qərarı yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar