SON XƏBƏRLƏR

SEPAH-a bağlı iranlı Fransadan qovuldu

2024.07.04, 12:10
SEPAH-a bağlı iranlı Fransadan qovuldu

İran Radio və Televizyasının musiqi redaksiyasının keçmiş rəhbəri, SEPAH-a bağlı Bəşir Biazar Fransadan deportasiya edilərək İrana geri qaytarılıb.

Gunaz.tv

Bu barədə Fransa xəbər agentliyi məlumat yayıb.

"O İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsinə və İran hökumətinin xeyrinə təsir göstərməyə çalışdığı üçün Fransadan çıxarılıb",- məlumatda bildirilib.

Fransa Daxili İşlər Nazirliyi Bəşir Biazarın SEPAH-ın "Qüds" qüvvələrinin 840-cı bölməsinin əməkdaşı olduğu barədə sübutlara malikdir.

Həmin bölmənin vəzifəsi xaricdə gizli və terror əməliyyatlarını olanlaşdırmaq və həyata keçirməkdən ibarətdir.

Bəşir Biazar həyat yoldaşı və övladı ilə birlikdə 2022-ci ildən uzun müddətli oturum vizası ilə Fransada yaşayırdı.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar