SON XƏBƏRLƏR

Almaniya parlamenti SEPAH-ı terror təşkilatı elan edilməsini istədi

2024.07.04, 14:42
Almaniya parlamenti SEPAH-ı terror təşkilatı elan edilməsini istədi

Almaniya parlamentində təmsil olunan nüfuzlu partiya və çox sayda millət vəkili SEPAH-ın terror təşkilatları siyahısına salınması tələbi ilə çıxış ediblər.

Gunaz.tv

Bu barədə Almaniya mediası məlumat yayıb.

"Almaniya Parlamentində Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik fraksiyasının üzvləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini tələb ediblər",- məlumatda bildirilib.

Partiyalar və millət vəkilləri Tehran rejimini zəiflətmək və təcrid etmək məqsədi ilə Berlinin İran ilə bağlı siyasətində ümumi dəyişiklik tələb edib, SEPAH-ın Almaniya və Avropa Birliyinin terrorçu siyahısına salınmasını istıyiblər.

Qeyd edək ki, bu qrup yeni mövqeyində İranı sülh, azadlıq və qadın düşməni adlandırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar