SON XƏBƏRLƏR

Milli fəal ağır girov qarşılığında sərbəst buraxılıb

2024.07.04, 15:09
Milli fəal ağır girov qarşılığında sərbəst buraxılıb

Milli-mədəni fəal, sənətçi və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) 800 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Məhəmməd Hadi Şərifinəsəb iyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs edilərək "Böyük Tehran" həbsxanasına köçürülüb.

O, 10 gündən çox Evin həbsxanasının təhlükəsizlik bölməsinin təkadamlıq kamerasında saxlanılıb, işgəncə edilib.

Mədəni fəal "separatçı və pantürkist qrup yaratmaq, ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq və ictimai rəyi çaşdırmaq, hökumət məmurunu döymək və təhqir etmək"də günahlandırılıb.

Fəalın yaxınları və məlumatlı mənbələr isə Sərədkənd oğluna qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib,onun bundan əvvəl Urmu gölü ilə bağlı başladılan "Urmu_Araz üçün birlik" kampaniyasının başladılmasında aparıcı rol oynadığına görə cəzalandırıldığı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar