SON XƏBƏRLƏR

Xanım fəal edama məhkum edildi

2024.07.04, 15:45
Xanım fəal edama məhkum edildi

İşçi hərəkatı fəallarından olan və hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan Şərifə Məhəmmədi edama məhkum edilib.

Gunaz.tv

Bu barədə onun həyat yoldaşı Sirus Fəthi məlumat yayıb.

Onun sözlərinə görə, xanım Məhəmmədiyə qarşı edam cəzası "Xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq" ittihamına görə çıxarılıb.

Miliyyətcə tük olan Şərifə Məhəmmədi 5 dekabr 2023-cü ildə həbs edilərək Lakan həbsxanasına köçürülüb.

Bir neçə gün əvvəl onun anası türk dilində videomüraciət yayaraq, qızının taleyindən nigaran olduğunu deyib, onun barəsində saxta ittihamlarla ağır qərar çıxarılacağından narahatlığını ifadə etmişdi.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar