SON XƏBƏRLƏR

Ermənistanda ABŞ ordusu ilə birgə hərbi təlim keçiriləcək

2024.07.06, 12:21
Ermənistanda ABŞ ordusu ilə birgə hərbi təlim keçiriləcək

Ermənistanda ABŞ ordusu ilə birgə hərbi təlimlər keçiriləcək.

Gunaz.tv

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi təlim 15-24 iyul tarixlərində baş tutacaq.

Qeyd olunub ki, beynəlxalq sülhməramlı missiyaların tərkibində iştiraka hazırlıq xarakteri daşıyacaq təlimlərdə Ermənistan ordusunun sülhməramlı briqadası, eləcə də ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı hissələrinin şəxsi heyəti iştirak edəcəyi hərbi manevrlərdə münaqişə tərəfləri arasında vəziyyətin sabitləşdirilməsi üzrə əməliyyatlar icra olunacaq.

Təlimlərin əsas məqsədi sülhməramlı missiyaların döyüş hazırlığının gücləndirilməsi, ön xətt əməliyyatlarının taktiki idarəolunması üzrə təcrübə mübadiləsi, habelə ordu birləşmələrinin döyüş hazırlığının yüksəldilməsindən ibarətdir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar