SON XƏBƏRLƏR

Milli fəallarının məhkəmə iclası keçirilib

2024.07.07, 15:05
Milli fəallarının məhkəmə iclası keçirilib

İyulun 6-da Güney Azərbaycan milli hərəkatının dörd üzvünün məhkəməsi olub.

Gunaz.tv

Bu barədə yerli insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Səbrinin məhkəməsi Təbrizin İnqilab Məhkəməsinin ikinci bölməsində baş tutub.

Adı çəkilən fəallara qarşı "İslam Respublikası əleyhinə təbliğat", "ölkənin daxili təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq", "müxalif qruplara üzv olmaq" ittihamları irəli sürülüb.

Məhkəmənin yaxın günlərdə onların barəsində qərarının elan ediləcəyi bildirilib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri milli fəalları 18 may 2023-xü ildə həbs edib.

Onlar 1 ay müddətinə dindirildikdən sonra, girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar