SON XƏBƏRLƏR

İranla danışıqlara getməyəcəyik - Con Kirbi

2024.07.09, 11:11
İranla danışıqlara getməyəcəyik - Con Kirbi

Vaşinqton Məsud Pezeşkianın prezident seçilməsindən sonra İslam Respublikasının davranışında hər hansı dəyişiklik gözləmir və ABŞ bu ölkənin yeni prezidentliyi dövründə İranla nüvə danışıqlarını bərpa etməyə hazır deyil.

Gunaz.tv

Bu sözləri ABŞ-in Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

O, İranın HƏMAS, Livan Hizbullahı və Yəmən husiləri kimi terrorçu qrupları dəstəkləməyə davam etdiyini, Tehranın günahsız ukraynalıların öldürülməsində istifadə olunacaq pilotsuz uçuş aparatları, dron texnologiyaları və pilotsuz uçan aparatlar haqqında biliklər Rusiyaya verdiyini söyləyib.

"Tehranın proksi qruplarına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyini nəzərə alaraq, Amerikanın İslam Respublikasının nüvə proqramı üzrə danışıqların bərpasına cavabı yox olacaq",- Kirbi vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin son məxfi hesabatının nəticələri göstərir ki, İran zənginləşdirilmiş uran ehtiyatını artırıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar