SON XƏBƏRLƏR

Ermənistanda iranlı sürücü öldürüldü

2024.07.12, 11:33
Ermənistanda iranlı sürücü öldürüldü

Ermənistana yük daşıyan gənc iranlı şofer öldürülüb.

Gunaz.tv

Bu barədə İrandan Ermənistana yük daşıyan tır sürücüləri məlumat yayıb.

Onların sözlərinə görə, Ermənistanda yük maşınları parkinginin nəzarətçisi ilə iranlı sürücü arasında mübahisə olub.

Erməni nəzarətçi gənc tır sürücüsünü qətlə yetirib və hadisə yerindən qaçıb.

İranlı sürücülərin hadisə yerindən paylaşdıqları videoda gənc sürücünün cansız bədəninin yerdə qaldığı və hüquq mühafizə orqanları, təcili tibbi yardımın çağırışa gəlmədiyi müşahidə olunur.

Öldürülən sürücünün kimliyi və hadisənin təfrrüatı barədə hələlik açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar