SON XƏBƏRLƏR

KİV: Tehran yaxın həftələrdə Trampı öldürməyə cəhd edə bilər

2024.07.17, 09:49
KİV: Tehran yaxın həftələrdə Trampı öldürməyə cəhd edə bilər

ABŞ rəsmiləri yaxın həftələrdə İranın ABŞ prezidentliyinə namizəd Donal Trampın öldürülməsi üçün cəhdlər edə biləcəyi barədə məlumatlar alıblar.

Gunaz.tv

Bu barədə CNN məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Trampa bəzi yerlərdə mitinq keçirməməklə bağlı xəbərdarlıqlar da edilib, ancaq bu, konkret məlumat əsasında yox, ümumi təhlükəsizliklə bağlı olub.

Bildirilib ki, bunun 13 iyulda Pensilvaniyada Donald Trampa qarşı sui-qəsd cəhdinə aidiyyəti yoxdur. Belə ki, sui-qəsd cəhdində şübhəli bilinən şəxs İranla bağlı olmayıb.

Məlumatın yayılmasından sonra İranın BMT-dəki 
BMT-dəki Daimi Nümayəndəliyi Tehranın ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində əli olması ilə bağlı ittihamları rədd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də oxşar bəyanat səsləndirib və İranın Donald Trampın öldürülməsinə cəhdi barədə məlumatların həqiqətə uyğun olmadığını deyib.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds qüvvələrinin komandiri Qasım Sülemaninin o vaxtkı ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdadda ABŞ-ın raket hücumu nəticəsində öldürülməsindən sonra SEPAH komandirləri və İran rəsmiləri qısas alacaqları barədə dəfələrlə bəyanatlar səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar