SON XƏBƏRLƏR

ABŞ İrana bağlı 7 şirkət və 5 şəxsə qarşı sanksiya tətbiq etdi

2024.07.31, 13:16
ABŞ İrana bağlı 7 şirkət və 5 şəxsə qarşı sanksiya tətbiq etdi

ABŞ İranın raket proqramı ilə bağlı 7 şirkət və 5 fiziki şəxsə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyininyaydığı bəyanat deyilib.

"7 İran və Çin şirkəti Müdafiə Nazirliyinin planlarına yardım etdiyinə və İran Silahlı Qüvvələrinə raket və pilotsuz uçan aparatların istehsalına dəstək verdiyinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edildi",- bəyanatda bildirilib.

Sanksiya tətbiq edilən 5 fiziki şəxsin də adının qeyd olunduğu bəyanatda, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları yaratmaq planlarının bölgədə və dünyada dinc sakinlərin həyatını təhlükəyə atdığı deyilib.

"Amerika bu ölümcül silahların istehsalında İrana kömək edənləri öz əməllərinin əvəzini ödəməyə məcbur edəcək",- Maliyyə Nazirliyi vurğulayıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar