SON XƏBƏRLƏR

İranı tərk edin- Fransa xəbərdarlıq etdi

2024.08.02, 18:00
İranı tərk edin- Fransa xəbərdarlıq etdi

İsrail və İran arasında gərginliyin və qarşılıqlı hücumların baş verməsi ehtimalının artması fonunda Fransa öz vətəndaşlarına İranı tərk etmək barədə çağırış edib.

Gunaz.tv

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bununla yanaşı Fransa hökuməti vətəndaşlarına heç bir şəkildə İrana səfər etməmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyulun 31-də İsmayıl Haniyənin Tehranda öldürülməsinin məsuliyyətini İsrail öz üzərinə götürməyib.

Buna baxmayaraq, İran tərəfi heç bir sübut təqdim etmədən İsrailin HƏMAS-ın Siyasi Bürosunun liderini öldürməkdə günahlandırıb və buna görə bu ölkəyə qısas hücumu edəcəyini bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar