SON XƏBƏRLƏR

Aİ Belarusdan olan 28 dövlət məmuruna sanksiya tətbiq edib

2024.08.05, 12:29
Aİ Belarusdan olan 28 dövlət məmuruna sanksiya tətbiq edib

Avropa İttifaqı Şurası Belarusdan olan 28 dövlət məmuruna qarşı sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu şəxslər Belarusda daxili repressiyalar və insan hüquqlarının pozulmasında iştirak edir.

Ümumilikdə, Aİ-nin Belarusa qarşı indiyədək sanksiya tədbirləri 261 fiziki şəxsi və 37 qurumu əhatə edir.
Qeyd olunub ki, bu gün tətbiq olunan sanksiyalar həmin şəxslərin aktivlərinin dondurulmasını əhatə edir və Aİ vətəndaşlarına, şirkətlərinə onlara vəsait ayırmağı qadağan edir. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ ərazilərinə daxil olmasına və ya tranzit keçməsinə mane olur.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar