SON XƏBƏRLƏR

Evin həbsxanasında siyasi fəallar döyüldü

2024.08.07, 12:36
Evin həbsxanasında siyasi fəallar döyüldü

Tehranın Evin həbsxanasında saxlanılan siyasi fəallar ağır cinayətlərdə ittiham olunan məhbuslar tərəfindən döyülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, bu həbsxana rəhbərliyinin siyasi məhbuslara təzyiq göstərmək məqsədi ilə edilib və ağır cinayətlər törətmiş məhkumlar həbsxana nəzarətçilərinin gözü qarşısında siyasi məhbuslara hücum ediblər.

Döyülənlər arasında azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi, siyasi məhbus Əlirza Beheşti və Qurban Behzadian da var.

Bundan sonra Tahir Nəqəvi və başqa siyasi məhbuslar həbsxananın ümumi zalında oturaq aksiya keçirərək həyatlarının təhlükədə olduğunu bildiriblər.

"Bizi ölümlə hədələyiblər və hər an həyatımıza qəsd oluna bilər",- siyasi məhbuslar xəbərdarlıq ediblər.

Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

O, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar