SON XƏBƏRLƏR

Münaqişədən çəkinməliyik - Pezeşkianın seçki qərargahının rəhbəri

2024.08.07, 13:16
Münaqişədən çəkinməliyik - Pezeşkianın seçki qərargahının rəhbəri

İsmayıl Haniyənin öldürülməsindən sonra İranın qisas hücumu barədə iddia və təhdidləri ölkə daxilində birmənalı qarşılanmayıb.

Gunaz.tv

Müxtəlif rəsmilər və siyasətçilər məsələ ilə bağlı fəqli bəyanatlar səsləndirməkdədirlər.

Bu qəbildən olan bəyanatlarda birini də, Məsud Pezeşkianın seçki qərargahının rəhbəri, keçmiş nazir və Şəqri Azərbaycan əyalətinin keçmiş valisi Əli Əbdüləlizadə səsləndirib.

O, İranın münaqişə və müharibədən çəkinməli olduğunu deyib, hökuməti təmkinli olmağa çağırıb.

"Bu belə olmamalıdır ki, istədikləri vaxt gəlib və birini terror etsinlər. Ancaq İsrail bir daş atıb və biz bunun qarşısında təmkinli olmalı, münaqişədən çəkinməliyik",- o, bildirib.

Qeyd edək ki, Tehranın İsrailə təhdid bəyanatları ölkə daxilində də fərqli reaksiyalara səbəb olub.

Bir sıra tanınmış siyasətçilər İranın İsmayıl Haniyəyə görə münaqişə və müharibəyə qoşulmasının məntiqsiz olduğunu söyləyirlər.

Haniyənin öldürülməsindən keçən bir həftə ərzində İran heç bir əməli addım ata bilməyib və yalnız təhdid bəyanatları ilə kifayətlənib. 

Xatırladaq ki, iyulun 30-dan 31-ə keçən gecə Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə uzaqdan idarə olunan raketlə öldürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar