SON XƏBƏRLƏR

Milli fəalların həbsinin 7-ci ayı başladı

2024.08.08, 14:20
Milli fəalların həbsinin 7-ci ayı başladı

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı milli fəalların həbsinin 7-ci ayı başlayıb.

Gunaz.tv

Bu barədə yerli insan haqları təşkilatları məlumat yayıb.

Mürtəza Pərvin Coda, Baqir Hacızadə, Ayaz Seyfxah, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdanə və başqalarının həbsindən 6 ay keçməsinə baxmayaraq, onlar qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.

Həmin fəallar qanunla nəzərdə tutulmuş girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılmaq hüququndan da məhrumdurlar.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar