SON XƏBƏRLƏR

Avstraliya İranın bu ölkədəki müdaxilə əməliyyatlarını açıqlayıb

2024.08.11, 13:56
Avstraliya İranın bu ölkədəki müdaxilə əməliyyatlarını açıqlayıb

İran İslam Respublikası Avstraliyada müdaxilə əməliyyatları həyata keçirib.

Gunaz.tv

Bu sözləri Avstraliyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının başçısı Mayk Berces deyib.

O bildirib ki, Avstraliyanın federal naziri artıq İslam Respublikasının müdaxiləçi rolunu təsdiqlədiyi üçün Tehranın müdaxilə əməliyyatlarındakı rolu ictimailəşib.

Bu ilin əvvəlində Avstraliyanın keçmiş kibertəhlükəsizlik naziri Klaire ONeill, ölkənin kəşfiyyat və təhlükəsizlik agentliyinin İran əsilli avstraliyalı şəxsin evində təhlükəsizlik nəzarəti tədbirləri həyata keçirən və şəraitə nəzarət edən şəxslərin fəaliyyətinin qarşısını aldığını elan etmişdi.

Qeyd edək ki, bundan əvvəl Avstraliyada yaşayan iranlı siyasi mühacirlər və insan haqları təşkilatları İranın təhlükəsizlik əməkdaşları, İrana bağlı şəxslər və SEPAH üzvlərinin bu ölkədə yaşayan iranlılara təhdid törətdikləri barədə bəyanatlar veriblər.

Onlar SEPAH-ın terror təşkilatı kimi tanınmasını və İrana bağlı şəxslərin Avstraliyadan qovulmalarını istəyiblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar