SON XƏBƏRLƏR

İran geri çəkilir - İsrailə cavab tədbirinin müddəti uzana bilər

2024.08.21, 08:30
İran geri çəkilir - İsrailə cavab tədbirinin müddəti uzana bilər

İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər.

Gunaz.tv

Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Nayini deyib.

“Zaman bizim tərəfimizdədir və cavab üçün müddət uzun ola bilər. İranın hədəflərinə edilən heç bir hücum cavabsız qalmayıb və düşmən öz vaxtında hesablanmış və dəqiq zərbələr gözləməlidir”, - o qeyd edib.

Siyasi şərhçilər SEPAH komandirinin bəyanatını İranın geri oturması və İranın İsrailə hücum etməkdən çəkinməsi kimi dəyərləndirirlər.

ABŞ, Britaniya, Almaniya və başqa dövlətlərin İsrailə hücum ehtimalı barədə İrana xəbərdarlıqları, bu ölkənin əvvəlki mövqeyindən geri oturmasına səbəb olub.

Xüsusən İranın İsrailə qarşı təhdidlərindən sonra ABŞ hərbi donanmasının əhəmiyyətli hissəsinin Orta Şərqə gətirilməsi Tehranın geri addım atması ilə nəticələnib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar