SON XƏBƏRLƏR

BMT: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 mlrd. dolları ötəcək

2024.08.27, 12:26
BMT: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 mlrd. dolları ötəcək

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 milyard dolları ötəcək.

Gunaz.tv

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin analitiklərinin proqnozlarına görə, bu il üzrə Azərbaycanın ümumi ixrac həcmi 33 milyard 899 milyon dollar, idxalı isə 17 milyard 278 milyon dollar təşkil edəcək. Beləliklə, xarici ticarət balansında 16 milyard 620 milyon dollarlıq profisit yaranacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə əsasən 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16 milyard 613 milyon dollar təşkil edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar